Deputat: Türkiyə və İranla viza rejimini aradan qaldıraq

© Photo : APAMillət vəkili Qüdrət Həsənquliyev
Millət vəkili Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, bəzi Türkiyə saytlarında Azərbaycana qarşı təxribatçı yazılar gedir.

BAKI, 28 okt-Sputnik. Azərbaycan hökuməti qonşuları ilə yaxın qonşuluq münasibətlərini inkişaf etdirir. Bu, çox əhəmiyyətlidir və biz bunu təqdir edirik. İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Dəfələrlə məsələ qaldırmışam ki, biz İranla viza məsələsinə baxmalıyıq. 

Bunu parlamentin plenar iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, bəzi Türkiyə saytlarında Azərbaycana qarşı təxribatçı yazılar gedir: “Bu gün mən bir yazı oxudum ki, Türkiyədə müəyyən adamlar bizə rişxənd edirlər. Onlar bizim Türkiyə ilə dostluq və qardaşlığımız haqqında dediklərimizə ironiya ilə yanaşıb hələ də viza rejimini qaldırmamağımızı xatırladırlar. Ona görə də bu cür kimə xidmət etdiyi bəlli olmayan saytların bizim dostluğumuza, qardaşlığımıza kölgə salmasına imkan verməmək üçün həm də ədalətli olar ki, Türkiyə və İranla da viza rejimini aradan qaldıraq”. 


Xəbər lenti
0