16:11 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
AZƏRBAYCAN
Qısa URL
2901

İlham Əliyev: "Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm"

BAKI, 26 okt — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. Sputnik president.az-s istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı — Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram".

Əlaqədar

İlham Əliyev Antonio Quterreşi təbrik etdi
Binəli Yıldırım Dmitri Medvedyevi təbrik edib
İki ölkə başçısı İlham Əliyevi təbrik edib
Vladimir Putindən müsəlmanlara Ramazan təbriki
Azərbaycan Prezidentindən Ramazan təbriki
"Biz erməniləri təbrik edəcəyik, amma..."
Teqlər:
Azərbaycan, İlham Əliyev, Türkmənistan, Qurbanqulu Berdiməhəmmədov, təbrik, məktub

Əsas mövzular