Zakir Həsənov "Gələcək Qüvvələr Forumu 2016"da iştirak edəcək

© Sputnik / Murad OrujovMüdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri general-polkovnik Zakir Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək

BAKI, 18 okt — Sputnik. "Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının müdafiə naziri Martin Stropnitskinin dəvəti ilə Praqa şəhərinə səfərə gedib. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək. Tədbir çərçivəsində Müdafiə naziri general-polkovnik Z.Həsənov Çexiya Respublikasının Müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər görüşlər keçirəcək.

Xəbər lenti
0