09:27 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
AZƏRBAYCAN
Qısa URL
100811

İlk növbədə Zığ və Hövsan qəsəbələrinin sakinlərinin nəqliyyat problemləri həll ediləcək. Bu istiqamətdə işləyən sahibkarlara artıq avtoparklarını genişləndirmək tapşırığı verilib.

BAKI, 12 okt – Sputnik. Bakı Nəqliyyat agentliyi (BNA) yaxın vaxtlarda şəhərətrafı qəsəbələrə gedən avtobusların sayını artıracaq. Bu barədə Sputnik-ə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, sentyabr ayında sərnişin axını həcminin və istiqamətinin öyrənilməsi başa çatıb. Hazırda BNA işin növbəti mərhələsinə keçir və hansı istiqamətlərdə müəyyən saatlarda avtobusların sayının artırılmalı olduğunu müəyyən edir. 

Allahyarova bildirib ki, BNA bir anda avtobus çatışmazlığı problemini həll edə bilməz. Bu işi 18 ay ərzində başa çatdırmaq nəzərdə tutulur. 

"Sərnişin axını öyrənilib. Sonra daşıyıcılara sərnişin sayına uyğun olaraq avtobusları hansı sayda artıra biləcəkləri xəbər verilir. Biz sentyabrda bunu dərhal həll edə bilməzdik. Üç avtobusu olan sahibkardan daha 5 maşın almağı tələb etmək olmaz. Ona görə də biz sahibkarlardakı nəqliyyatı maksimal rasional şəkildə bölməyə çalışırıq. Məsələn, əgər müəyyən saatlarda hər hansıı istiqamətdə sərnişindaşıma ilə problemlər varsa, avtobusların sayını digər daşıyıcıların ehtiyatlarının hesabına artırmaq olar. Lakin heç bir halda bizim sahibkardan qısa müddətdə yeni nəqliyyat vasitəsi almağı tələb edə bilmərik", — deyə BNA nümayəndəsi bəyan edib.

İlk növbədə Zığ və Hövsan qəsəbələrinin sakinlərinin nəqliyyat problemləri həll ediləcək. Bu istiqamətdə işləyən sahibkarlara artıq avtoparklarını genişləndirmək tapşırığı verilib.

Həmçinin Allahyarova bildirib ki, il yarım ərzində Bakının bütün avtobuslarında gediş haqqı kartla həyata keçiriləcək.

Öz növbəsində Nəqliyyat nazirliyinin Dövlət avtomobil nəqliyyatı xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı məlumat verib ki, 199 saylı marşrutla hərəkət edən avtobusların çatışmazlığı ilə bağlı xidmətin “qaynar xətti”nə müraciət edən Abşeron rayonu sakinlərinin problemi bu yaxınlarda həll olunacaq. Xidmət sakinlərin narazılığını marşrutun sahibinə çatdırıb.

Mehmanqızı qeyd edib ki, Xırdalan şəhəri və Abşeron rayonu istiqamətində Bakıdan 10 dəqiqəlik intervalla avtobuslar çıxırlar, lakin praktika göstərir ki, bu vaxt aralığı böyükdür və ictimai nəqliyyat xüsusən səhər və axşam saatlarında bütün sərnişin həcminin öhdəsindən gələ bilmir. 

Müşahidələrimiz göstərir ki, 199 saylı marşrutla bağlı problemlər ciddidir. Avtobus dayanacağa vaxtında gəlsə də, ona daxil olmaq praktiki olaraq mümkün deyil. Avtobusda ciddi basabas yaşanır. Bir çox insanlar evlərinə vaxtında çatmaq üçün hər vəchlə avtobusa minmək istəsələr də, buna nail ola bilmirlər. Belə vəziyyət son 6 ilin ərzində hökm sürür.

Şəfa Mehmanqızı vətəndaşlara narazılıqlarla bağlı DANX-a müraciət etməyi məsləhət görərək bütün hallar üzrə müvafiq tədbirlərin görüləcəyini bildirib. 

DANX Bakı ilə yanaşı bölgələrdə avtoparkların yenilənməsi və yeni avtovağzalların tikilməsi fəaliyyətini də həyata keçirir.

Əsas mövzular