Azərbaycan prezidenti Türkiyədə işgüzar səfərdədir

© AZƏRTACAzərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün oktyabrın 9-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

BAKI, 9 okt — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün oktyabrın 9-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan Prezidentini Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Xəbər lenti
0