Dubaydakı azərbaycanlı seçicilərin 99%-i dəyişikliklərə səs verib

© AFP 2023 / KARIM SAHIBDubay
Dubay - Sputnik Azərbaycan
Abunə olmaq
Baş konsulluqda yaradılan seçki məntəqəsi üzrə adları seçici siyahısına daxil edilmiş 197 seçicidən 196-sı səsvermədə iştirak edib.

BAKI, 26 sen-Sputnik. Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulu, 16 saylı Yasamal II seçki dairəsinin tərkibində yaradılmış 42 nömrəli səsvermə məntəqəsinin sədri Pəzviz İsmayılzadə referendum üzrə ümumxalq səsverməsinin başa çatdığını bildirib.

Sputnik Azərtac-a istinadla xəbər verir ki, Dubay və Şimal əmirliklərində yaşayan vətəndaşlarımız Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində böyük ruh yüksəkliyi ilə iştirak ediblər.

İlk saatlardan baş konsulluğun əməkdaşları ailə üzvləri ilə birlikdə və digər vətəndaşlarımız referendumda iştirak ediblər. Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar Dubaydakı baş konsulluqda yaradılan seçki məntəqəsində yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub.

Komissiya sədrinin bildirdiyinə görə, səsvermə zamanı hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb. Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılan ümumxalq səsverməsi 99 faiz seçici fəallığı ilə başa çatıb. Baş konsulluqda yaradılan seçki məntəqəsi üzrə adları seçici siyahısına daxil edilmiş 197 seçicidən 196-sı səsvermədə iştirak edib.

Xəbər lenti
0