21:35 23 Avqust 2017
Canlı yayım
Эльмар Мамедъяров, министр иностранных дел Азербайджана

Məmmədyarov: Ermənistanın hərbi təcavüzü regional əməkdaşlığa ciddi təhdiddir

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
10 0 0

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Nyu-Yorkdakı qeyri-rəsmi iclasında çıxış edib.

BAKI, 23 sen — Sputnik. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Nyu-Yorkdakı qeyri-rəsmi iclasında çıxış edib.

Nazir bildirib ki, regional əməkdaşlıq çərçivəsində işbirliyi üçün geniş imkanların olmasına baxmayaraq, sülh və təhlükəsizliyə olan çağırışlar hələ də regionun davamlı inkişafına əngəl yaradır: “Qonşu Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və beynəlxalq hüquq və BMT-nin TŞ-nin müvafiq qətnamələrini kobud surətdə pozmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-ni işğal etməsi regional əməkdaşlıq və dayanıqlı inkişafa hələ də ciddi təhdid təşkil edir. Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtması nəinki Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verəcək, həmçinin bütövlükdə QDİƏT regionunda tam əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaqdır”.

Əsas mövzular