04:58 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Manat

Bağlanan doqquz bankın əmanətçilərinə 257 milyon manat kompensasiya ödənilib

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
5101

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 16 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 249 min manat kompensasiya ödənilib.

BAKI, 17 sen-Sputnik. Əmanətlərin Sığortalanması Fondu tərəfindən 16 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 249 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 46 milyon 732 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  16 milyon 852 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 98 miyon 596 min manatdan artıq kompensasiya ödənilib.

Bu barədə Fonddan Sputnik-ə məlumat veriblər. 

16 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 milyon 176 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 527 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 13 milyon 703 min manatdan artıq kompensasiya ödənilib.

16 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 863 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 879 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 257 milyon 178 min manatdan artıq kompensasiya ödənilib.

Əsas mövzular