13:45 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
İlham Əliyev “DP World” şirkətlər qrupunun sədrini qəbul edib

İlham Əliyev "DP World" şirkətlər qrupunun sədrini qəbul edib

© Photo: Azərbaycan prezidentinin rəsmi saytı
AZƏRBAYCAN
Qısa URL
17 0 0

Bakının gözəlliyinin onu valeh etdiyini, şəhərə müxtəlif ölkələrdən çoxlu sayda turistlərin gəldiyini bildirən Sultan Əhməd bin Sulaim, paytaxtın inkişafına sərmayə qoyulmasının uzaqgörən addım olduğunu vurğulayıb

BAKI, 7 sen — Sputnik. Prezident İlham Əliyev "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib. Sputnik president.az-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumun salamlarını və Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdıran Sultan Əhməd bin Sulaim deyib ki, ölkəsi Azərbaycan iqtisadiyyatına daim töhfə verməyə hazırdır.

Bakının gözəlliyinin onu valeh etdiyini, şəhərə müxtəlif ölkələrdən çoxlu sayda turistlərin gəldiyini bildirən Sultan Əhməd bin Sulaim paytaxtın inkişafına sərmayə qoyulmasının uzaqgörən addım olduğunu vurğulayıb, bu münasibətlə Prezident İlham Əliyevi təbrik edib. Qonaq neft ölkələrinin böhrandan əziyyət çəkdiyi indiki dövrdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə nail olunmasının önəmini vurğuladı. Sultan Əhməd bin Sulaim bu gün Bakıda Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli iqtisadi zona ilə bağlı imzalanacaq müqavilənin də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacağına əminliyini ifadə edib.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumla bu ölkəyə rəsmi səfəri zamanı keçirdikləri görüşü məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini söylədi. "DP World" şirkətlər qrupu ilə imzalanacaq bugünkü müqavilənin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyən dövlətimizin başçısı başlanacaq yeni layihənin əlavə iş yerlərinin açılması və ümumi daxili məhsulun artması sahələrində yeni imkanlar yaradacağına ümidvar olduğunu bildirib.

Son dövrlər Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən Körfəz ölkələrindən çoxlu sayda turistlərin gəldiyini deyən Prezident İlham Əliyev Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi yolunu tutduğunu, respublikamızda sənaye, turizm, nəqliyyat, kənd təsərrüfatı da daxil olmaqla bütün sektorlarda sürətli inkişafa nail olunduğunu, bütün bunların da öz növbəsində neftin qiymətinin kəskin aşağı düşdüyü dövrdə qarşıya çıxan problemlərin aradan qaldırılmasına yaxşı imkanlar yaratdığını vurğulayıb.

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin-Rəşid Al Maktuma çatdırmağı xahiş edib.

Əlaqədar

İlham Əliyev İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib
İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib
İlham Əliyev gələcək planlardan danışdı
İlham Əliyev alman məskənlərinin salınması ilə bağlı sərəncam imzalayıb
İlham Əliyev: Radik İsayevin inamlı qələbəsi bütün Azərbaycan xalqını sevindirib
İlham Əliyev: Terrorizmin bütün təzahürlərinə qarşı ardıcıl mübarizə aparmaq vacibdir
Teqlər:
Sultan Əhməd bin Sulaimi, "DP World", Birləşmiş Ərəb Əmirlikləri, Bakı, İlham Əliyev, Azərbaycan, prezident

Əsas mövzular