07:29 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0227
  • EUR2.0665
AZƏRBAYCAN
Qısa URL
84 0 0

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin İdarə Heyətinin sədri təyin edilib

BAKI, 2 sen — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Əbülfət Novruz oğlu Qocayevin "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sputnik xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli sərəncamında dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, sərəncamın 4-cü hissəsi aşağıdakı redaksiyada verilir:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

"4. Müəyyən edilsin ki:

4.1. Cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır;

4.2. Cəmiyyətin İdarə Heyətinin sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;

4.3. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.".

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Əlaqədar

Cahangir Əsgərovdan yeni təyinatlar
Ramil Usubovdan yeni təyinat
Daxili İşlər Nazirliyində yeni təyinat
Mədət Quliyevin yerinə sürpriz təyinat
Nazirdən yeni təyinat
Teqlər:
"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC, kadr, təyinat, Azərbaycan Prezidenti, İlham Əliyev

Əsas mövzular