14:08 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
AZƏRBAYCAN

Oqtay Əsədov Türkiyəyə gedir

AZƏRBAYCAN
Qısa URL
1501

Azərbaycan nümayəndə heyəti İstanbulda Bosfor körfəzi üzərində üçüncü körpünün açılışı mərasimində iştirak edəcək

BAKI, 25 avq — Sputnik. Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətimiz İstanbulda Bosfor körfəzi üzərində üçüncü körpünün açılışı mərasimində iştirak etmək üçün bu gün Türkiyəyə səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsünün eni 59 metr, uzunluğu 1408 metr olmaqla dünyanın ən geniş və uzun rels sisteminə malik "Asma körpü"sü olacaq. Avropa ilə Asiya qitəsini birləşdirəcək bu üçüncü körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb.

Açılış mərasiminə ölkə başçısı prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və nazirlər qatılacaqlar. Burada Milli Məclis sədrinin tədbir iştirakçıları ilə bir sıra görüşləri də gözlənilir.

Açılış mərasimi ilə əlaqədar keçiriləcək tədbirlərdə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər. Səfər avqustun 27-də başa çatacaq.

Əlaqədar

Oqtay Əsədov Türkiyəyə rəsmi səfər edəcək
Oqtay Əsədov Nursultan Nazarbayevlə görüşəcək
Oqtay Əsədov: Azərbaycan iqtisadiyyatında real artım olacaq
Oqtay Əsədovdan bəyənnaməyə etiraz
Oqtay Əsədov Gürcüstana gedir
Oqtay Əsədov Süleyman Dəmirəlin dəfnində iştirak edəcək
Teqlər:
körpü, açılış mərasimi, səfər, Türkiyə, İstanbul, Oqtay Əsədov, Milli Məclis

Əsas mövzular