Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan
Heydər Əliyev ili

Türkiyənin Baş naziri Azərbaycana gələcək

© REUTERS / Yiannis KourtoglouBinəli Yıldırım, Türkiyənin baş naziri
Binəli Yıldırım, Türkiyənin baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayı keçiriləcək

BAKI, 25 avq — Sputnik. Avqustun 25-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevlə "Türkiyə Petrolleri A.O" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarın görüşü olub. Sputnik SOCAR-a istinadla xəbər verir ki, görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Binəli Yıldırımı qəbul edib - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyevlə Binəli Yıldırım arasında görüş olub

Bildirilib ki, bu ilki qurultay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunacaq. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili "Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ili" elan edib.

"Energetika və nəqliyyatda meqa-layihələr" adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyə Cümhuriyyətinin baş baziri Binəli Yıldırımın iştirak edəcəyi də qeyd olunub. Təşkilat Komitəsi tərəfindən Rövnəq Abdullayevi Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilib.

Xəbər lenti
0