03:40 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0657
AZƏRBAYCAN
Qısa URL
544330

Ərəb turistlər ölkəmizdəki qiymətləri ucuz hesab edirlər. Onlar əsasən bizim mətbəxə, təmiz şəhərimizə və qızlarımıza vurulublar.

BAKI, 12 avq — Sputnik. "Ərəb turistləri ölkəmizə daha çox ailələrlə gələrək burada 5-7 gün qalırlar. Bu, turizm sahəsində yaxşı göstəricidir, çünki qonaq nə qədər uzun müddətə qalsa, o qədər çox pul xərcləyər." — deyə Azərbaycan Turizm Assosiasiyasının məsləhətçisi Müzəffər Ağakərimov ərəb turistlərlə bağlı məsələləri şərh edərkən bildirib.

Mədəniyyət və turizm nazirliyindən Sputnik-ə verilən məlumata görə, 2016-cı ildə ərəb ölkələrindən Azərbaycana gəlmiş turistlərin sayı 25 minə çatıb. Beləliklə, ötən ilin göstəriciləri ilə müqayisədə bu il turistlərin sayı 8 dəfə artıb.

Xatırladaq ki, 2016-cı il fevralın 1-dən Azərbaycanın bütün beynəlxalq hava limanlarında vizaların sadələşdirilmiş yolla verilməsi sistemi tətbiq edilib. Bu isə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər ölkələrdən turist axınının artmasına səbəb olub.

Yeri gəlmişkən, 2016-cı ildə daha çox turist İraqdan gəlib — onların sayı 11 min 28 nəfərə çatıb. Turist sayına görə sonrakı yerləri BƏƏ tutur. Bu ölkədən Azərbaycana 10 min 86 nəfər gəlib.
Ağakərimovun sözlərinə görə, Fars körfəzi ölkələrindən turistlərin sayının artmasının bir neçə səbəbi var.

  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
  • Bakıdakı ərəb turistlər
    Bakıdakı ərəb turistlər
    © Sputnik / Murad Orujov
1 / 19
© Sputnik / Murad Orujov
Bakıdakı ərəb turistlər

İlk növbədə, deyildiyi kimi, Azərbaycanda viza rejimi sadələşib. İndi ölkəyə gələn əcnəbilər üçün vizalar hava limanında qısa müddətdə və daha əlverişli qiymətlərlə təşkil edilir.
Turistlərin coğrafiyasının dəyişməsinə Yaxın Şərqdəki hadisələr təsir göstərib. Qonaqların Azərbaycanı seçməsinin daha bir səbəbi din amilidir. Ölkəmizin əhalisinin böyük əksəriyyəti müsəlman olduğu üçün bu, müsəlman ölkələrindən olan turistləri cəlb edir.

Bundan əlavə, ötən ilin sentyabrında "Iraqi Airways" şirkətinin Bağdad-Bakı-Bağdad birbaşa reysi açılıb. Bu isə gediş-gəlişi asanlaşdırıb.
Turistlərin fikrincə, Azərbaycanda dincəlməyin ən tutarlı səbəblərindən biri qiymətlərin aşağı olmasıdır. Dekabr devalvasiyasından sonra Azərbaycanın turizm sektorunda qiymətlər avtomatik düşdülər və o vaxtdan dəyişmədilər. Bu amil ənənəvi olaraq turizmə stimul yaradır.

"Hamıya məlumdur ki, Azərbaycan çox qonaqpərvər ölkədir. Digər ölkələrə nisbətən burada sabitlik müşahidə olunur. Ölkə gündən-günə inkişaf edərək daha da cəlbedici olur. İnfrastruktur təkmilləşir. Bundan əlavə, ərəb ölkələrinin vətəndaşları üçün bizim mətbəx yaxındır. Onlar özlərini burada rahat hiss edirlər, bizim istilər isə onlardan ötrü sərin sayılır", — deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bu gün otellərdə çoxlu sayda boş nömrələr var. Fars körfəzi ölkələrindən olan qonaqlar yalnız bahalı otellərdə dincəlmirlər. Üçulduzlu nömrələrdə qalanlar da az deyil. Həmçinin turistlər şəhərdən çıxaraq Quba və Qəbələ rayonlarına istirahətə gedirlər.

Ekspert vurğulayıb ki, ərəb turistləri hər şeydən əlavə əyləncə axtarırlar.

Sputnik-in müxbiri turistlərlə şəxsən söhbət edərək onların ölkəmizə gəlmə səbəbini öyrənməyə çalışıb. Buna görə də o "Torqovıya" — Nizami küçəsinə yola düşüb.
Axşam tərəfi bu küçədə çoxsaylı və ailəli ərəb turistlərinə rast gəlmək olur. Adətən bir kişi və bir neçə qadın və uşaqdan ibarət qrup halında olurlar.

"Ölkənizə birinci dəfədir gəlmişik. Lakin məncə, qayıdacağıq, burada vaxtımız yaxşı keçir. Bakı çox yaxşı şəhərdir, paytaxtdan kənarda isə sıx yaşıl meşələr var" — deyə ərəb turist öz fikrini bildirib.

Lakin, qonaqlarla ünsiyyət çətin alınır. Onların çoxu ingiliscə çətinliklə danışır, həm də əksəriyyətinin özlərini aparmağı ayrıca mövzudur.
Sputnik onların əksəriyyətinin Azərbaycana ilk dəfə gəldiyini və burada istirahətdən xoşları gəldiyini öyrənib. Onlar bizim mətbəxə, təmiz şəhərimizə və qızlarımıza vurulublar. Turistlər ölkədəki aşağı qiymətlərdən də razıdırlar. "Sərin" hava isə onlara gündüzlər də şəhərə çıxmaq imkanı verir.

Əlaqədar

Bakıda oteldə ərəb turistinin cəsədi aşkarlandı
Azərbaycana hər gün 600-dən çox ərəb turist gəlir
"Azərbaycana gələn ərəb turistlərin sayı get-gedə artır"
Teqlər:
Fars körfəzi, ərəb turistlər, ərəb, Bağdad, İraq, müsəlman, BƏƏ

Əsas mövzular