CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə MTRŞ-nin ANS-ə qarşı şikayətini təmin edib

© pixabay / succoMəhkəmə hakiminin çəkici. Arxiv şəkli
Məhkəmə hakiminin çəkici. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə MRTŞ-ın nümayəndəsi Nemət Cavadov bildirib ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsində qurumun ANS-ə qarşı şikayətinin icraatının dayandırılması ilə bağlı qəbul olunan qərardad qanuna ziddir.

BAKI, 11 авг — Sputnik. Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə MRTŞ-ın nümayəndəsi Nemət Cavadov bildirib ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsində qurumun ANS-ə qarşı şikayətinin icraatının dayandırılması ilə bağlı qəbul olunan qərardad qanuna ziddir.

O qeyd edib ki, qarşılıqlı şikayət eyni motivlə bağlı olduğu üçün bir hakimin icraatına verilməli və yaxud da hakim işə baxışı bərpa etməlidir.

ANS-in vəkili Muxtar Mustafayev isə MTRŞ nümayəndəsinin mövqeyi ilə razılaşmayıb və hazırda ANS-in MRTŞ-ya qarşı 40 min manatın qaytarılması ilə bağlı şikayətinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxıldığını xatırladıb.

Məhkəmə heyəti qərar qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə qərarını açıqlayaraq MTRŞ-ın şikayətini təmin edib.

Qeyd edək ki, MTRŞ “ANS Müstəqil Yayım və Media Şirkəti”ni məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iş üzrə icraatın dayandırılması ilə bağlı qərardad qəbul edib. Buna səbəb ANS-in 40 min manat vəsaitin MTRŞ tərəfindən ona verilməsi ilə bağlı qarşılıqlı iddia verməsi olub. Hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə bu iddiaya başqa bir hakimin icraatında baxılır. 

MTRŞ isə bu qərardaddan Apellyasiya Məhkəməsinə şikayət edib. 

Xəbər lenti
0