23:22 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün birgə bəyannaməsini imzalayırlar

Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitinin yekun bəyannaməsi imzalanıb

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
AZƏRBAYCAN
Qısa URL
Bakı sammiti (12)
127 0 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü keçirilib.

BAKI, 8 avq — Sputnik. Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib. Bu barədə Sputnik Azərbaycan prezidentinin saytına istinadən məlumat verir.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev yeni formatda təşkil olunan bu toplantının ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətə malik olduğunu bildirdi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu dedi, Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proseslərindən danışdı.

İran Prezidenti Həsən Ruhani yüksək qonaqpərvərliyə və bu toplantının keçirilməsindəki roluna görə Azərbaycan Prezidentinə təşəkkür etdi. Bu Zirvə görüşünün fikir mübadiləsi aparmaq, ortaq mənafelərin yaranması üçün yaxşı fürsət olduğunu deyən Həsən Ruhani toplantının hər üç ölkənin yaxşı münasibətlərinin mühüm göstəricisi olduğunu vurğuladı. Bildirdi ki, ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edir və İran qonşu ölkələrlə əməkdaşlığın dərinləşməsində maraqlıdır. İranın Prezidenti Azərbaycan ilə ölkəsi arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu dedi, Rusiya ilə də ikitərəfli əlaqələrdən razılığını bildirdi.

Rusiya Prezidenti Vladimir Putin ölkələrimizin mühüm tərəfdaş olduğunu, aramızda yaxşı münasibətlərin formalaşdığını diqqətə çatdırdı. Hər üç ölkənin dünyanı və regionu narahat edən məsələlərin həllində mühüm rol oynadığını deyən Vladimir Putin terrorizmə və narkotiklərin daşınmasına qarşı mübarizədə birgə səylərin artırılmasının vacibliyini vurğuladı, Xəzər dənizində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxundu. O, mədəniyyət, təhsil, elm və digər sahələrdə ölkələrimiz arasında yaxşı əməkdaşlığın olduğunu dedi.

Prezident İlham Əliyev yekun nitqində bir daha bu görüşün üç ölkə arasında görülən işləri, niyyətləri və gələcəyə baxışın müəyyənləşdirilməsində mühüm hadisə olduğunu dedi. Dövlətimizin başçısı bu əməkdaşlıq formatını dünyaya nümunə kimi dəyərləndirdi.

Sonda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün birgə bəyannaməsini imzaladılar.

Mövzu:
Bakı sammiti (12)

Əsas mövzular