21:43 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Ərəb turistlər Bakıda

Azərbaycana hər gün 600-dən çox ərəb turist gəlir

Azvision
AZƏRBAYCAN
Qısa URL
90510

"Falcon Travel" şirkətinin direktoru Pərviz Musayev: "Gələn il Azərbaycana səfər edən ərəb turistlərin sayı builkindən çox olacaq."

BAKI, 7 avq-Sputnik. Körfəz ölkələrindən hər gün Azərbaycana təxminən 600-dən çox ərəb turist gəlir.

Sputnik-in məlumatına görə, bunu "Falcon Travel" şirkətinin direktoru Pərviz Musayev Azərtac-a bildirib.

O deyib ki, "Azərbaycan Hava Yolları", "FlyDubai" və "Qatar Airways"lə Bakıya olan gündəlik reysləri hesablasaq ölkəmiz hər gün 600-1000 arası ərəb turist qəbul edir. Gələn turistlərin ölkəmizdəki gündəlik xərcləri isə minimum 150-200 dollardan başlayır.

P.Musayevin sözlərinə görə ölkəmizdə olan ərəb turistləri vətənlərinə qayıtdıqdan sonra onlarla əlaqə qurulur və təəssüratları öyrənilir.

"Ərəb ölkələrindən gələn turistlərin 99 faizi Azərbaycanda olmaqdan məmnunluqlarını bildirir və növbəti illərdə də məhz ölkəmizi seçəcəklərini söyləyirlər. Azərbaycandakı münasib qiymətlər və otellərdəki xidmət səviyyəsi, o cümlədən də ölkəmizin təbiəti ərəb turistləri cəlb edir."- deyə Musayev bildirib.

Onun sözlərinə görə, ərəb turistlərin narazı olduqları xırda sahələr də var ki, bunlar da ünsiyyət problemi ilə bağlıdır. Taksi sürücüləri, mağazalarda satıcıların xarici dilləri, əsasən də ingilis dilini zəif bilmələri turistlərin istəklərini çatdırmalarında problem yaradır.

Musayev deyib ki, ölkədə beşulduzlu otellərin sayının artırılması da vacib məsələlərdən biridir. Çünki, indiki vəziyyət onu göstərir ki, gələn il Azərbaycana səfər edən ərəb turistlərin sayı bu ilkindən daha çox olacaq.

Əlaqədar

Azərbaycanda niyə "turizm partlayışı" baş vermədi?
Rusiyada Azərbaycan turizm nümayəndəliyi fəaliyyətə başlayır
Veteranlar üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub
Turizm fəaliyyəti üçün lisenziya tələb olunmayacaq
Turizm yeni perspektivlər vəd edir
Azərbaycan və Argentina turizm sahəsində əməkdaşlıq edəcəklər
Teqlər:
"Azərbaycan Hava Yolları", Qatar Airways, FlyDubai, Falcon Travel, ərəb turistlər, ərəb, turist, "Falcon Travel" şirkəti, Pərviz Musayev

Əsas mövzular