17:41 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
42 0 0

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.

BAKI, 2 avq-Sputnik. Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Azərbaycan çempionu "Qarabağ" öz meydanında Çexiyanın "Viktoriya" klubunu qəbul edib. Ardıcıl 3-cü dəfə bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəlmək üçün mübarizə aparıb. Lakin Ağdam təmsilçisi bunu növbəti cəhdində də bacarmayıb.

Belə ki, səfərdə qolsuz heç-heçə edən "Qarabağ" avrokuboklarda yubiley — 70-ci görüşdə azarkeşlərini qələbə ilə sevindirməyə yaxın olsa da, rəqib buna imkan verməyib.

Hesabı Muarem Muarem açıb. Bundan sonra çempionumuzun bir neçə dəfə fərqlənmək imkanı da olub. Lakin "Qarabağ"ın futbolçuları əllərinə düşən şansdan istifadə edə bilməyiblər.

Bu onlara baha başa gəlib. Görüşün başa çatmasına 5 dəqiqə qalmış Mihael Krmençik status-kvonu bərpa edib. Qonaqlar qollu heç-heçə isə növbəti mərhələyə yüksəliblər.

Nəticədə "Qarabağ" Çempionlar Liqası ilə vidalaşıb.

Məğlubiyyətə baxmayaraq, "Qarabağ" mübarizəni Avroliqada davam etdirəcək.

Əlaqədar

"Qarabağ"dan inamlı qələbə
Futbol mütəxəssisləri: “Qarabağ” “Seltik”dən çəkinməməlidir
"Qarabağ" komandası Şotlandiya "Seltik"inə uduzub
Teqlər:
Mihael Krmençik, Çexiya, Viktoriya, Avroliqa, Çempionlar Liqası, Ağdam, Qarabağ

Əsas mövzular