18:36 04 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
7101

Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.

BAKI, 1 avq-Sputnik. Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.

Sputnik Report-a istinadən xəbər verir ki, Bakıdan Nabrana gedən "Hyundai" markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.

Hadisə yolun Şabran rayonu ərazisindən baş verib. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.

Qeyd edək ki, avtobus yararsız hala düşüb. Sərnişinlər taksilərlə mənzil başına getməli olublar. Xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər.

Əlaqədar

Avtobus qəzası ilə bağlı cinayət işi açıldı
Səhiyyə naziri Xızıda avtobus qəzasında xəsarət alanları ziyarət edib
Avtobus piyada qadını vurub öldürdü
Bakıda avtobus yanıb
Bakıda qəza törədən avtobus sürücüsü tutuldu
Teqlər:
Bakı-Nabran, Şabran rayonu, Hyundai, avtobus, Şabran

Əsas mövzular