Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarına qatılıb

© mod.gov.az"Beynəlxalq Ordu Oyunları - 2016" yarışları
Beynəlxalq Ordu Oyunları - 2016 yarışları - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti "Xəzər Kuboku" və "Tank biatlonu" yarışlarında ölkəmizi təmsil edir.

BAKI, 30 iyul — Sputnik. İyulun 30-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri yaxınlığındakı Kubinkada "Beynəlxalq Ordu Oyunları — 2016" yarışlarının rəsmi açılış mərasimi keçirilib. Bu barədə Sputnik Müdafiə nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyətimiz "Xəzər Kuboku" və "Tank biatlonu" yarışlarında ölkəmizi təmsil edir.

Bu gün Alabino poliqonunda "Beynəlxalq Ordu Oyunları — 2016" yarışlarının "Tank biatlonu" müsabiqəsinə start verilib.

Azərbaycan tankçılarının da qatıldığı yarışlarda 17 ölkədən 51 tank heyəti iştirak edir. Yarışlarda Azərbaycan tankçıları Т-72B3 tanklarında çıxış edirlər.

Qeyd edək ki, beynəlxalq hərbi oyunlarda 19 ölkədən 121 komanda ümumilikdə quru, hava və dəniz hazırlığı üzrə 23 müsabiqədə yarışır.

3000 nəfərdən artıq nümayəndənin iştirakı ilə 20 hərbi poliqon və 3 dəniz akvatoriyasında keçirilən oyunlar avqustun 13-dək davam edəcəkdir.

Xəbər lenti
0