23:00 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
690 0 0

2006-cı ildən Əli Bayramlı "Araz" zavodu kimi Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Zavod 2009-cu ilin iyun ayından etibarən Şirvan "Araz" zavodu adı altında fəaliyyətini davam etdirir.

BAKI, 27 iyul — Sputnik. Ötən gün baş verən partlayışla gündəmə gələn Şirvan (keçmiş Əli Bayramlı) "Araz" zavodu 1980-cı ildə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin Leninqradda yerləşən "Uzaq rabitə" Elmi-İstehsalat Birliyinin filialı kimi "Uzaq rabitə" adı altında fəaliyyətə başlayıb.

1991-ci ildə Leninqrad "Uzaq rabitə" EİB-in əmrinə əsasən Əli Bayramlı "Uzaq rabitə" filialı həmin birliyin Əli Bayramlı şəhərində yerləşən "Araz" zavodu ilə birləşdirilərək Əli Bayramlı "Araz" zavodu adlandırılmış və Bakı "Ulduz" EİB-in tabeliyinə verilib. 1993-cü ildə zavod "Ulduz" EİB-in tərkibində Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilib. 1995-ci ildə zavod "Ulduz" EİB-in tərkibindən çıxarılıb və müstəqil müəssisə olaraq Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilib.

2006-cı ildən Əli Bayramlı "Araz" zavodu kimi Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Zavod 2009-cu ilin iyun ayından etibarən Şirvan "Araz" zavodu adı altında fəaliyyətini davam etdirir.

Fəaliyyət istiqaməti

Şirvan "Araz" zavodunun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

— Müdafiə təyinatlı məmulatların yaradılması, təkmilləşdirilməsi, istehsalı;

— Rabitə avadanlığı üzrə coxkanallı ötürmə sistemləri üzrə xətti trakt avadanlıqları istehsalı, texniki təyinatlı məhsulların və xalq istehlakı mallarının istehsalı.

Məhsullar

Xalq istehlakı və mülki təyinatlı məhsulların istehsalı:

— park üçün oturacaqlar;
— park üçün dekorativ fənərlər;
— küçə işıq dirəkləri (8,5 m, 2,4 m);
— küçə və park üçün zibil qutuları;
— metal konstruksiyalar;
— avtomobil nəqliyyatlarının hərəkətini tənzimləyən işıqfor;
— diyircək;
— bucaqlıq;
— mebel.

© Ruptly
Густой дым поднялся над зданием оружейного склада в Азербайджане после взрыва

Texnoloji imkanlar

Şirvan "Araz" zavodunun texnoloji imkanları:

— metalların mexaniki emalı;
— metalların ştamplama ilə emalı;
— plastik kütlələrin emalı;
— elektrik-qövs qaynağı;
— qaz qaynağı;


— ağac emalı;
mebel hazırlanması.

İşçi personalı

Rəhbər heyət — 5, istehsalat personalı — 41, ümumilikdə 46 nəfər. Direkto Qurbanov İlqar Davud oğlu, baş mühəndis Bünyədov Gündüz Sərhəd oğludur.

Zavod xüsusi təyinatlı və mülki təyinatlı məmulatlar üzrə daxili bazarı 100 faiz təmin edir.

Qeyd edək ki, ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Araz" zavodunda partlayış baş verib. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində 24 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisi dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb.

Əlaqədar

Zavodda baş vermiş partlayış zamanı xəsarət alanlardan bir neçəsi evə buraxılıb
Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb
Şirvandakı partlayışın gücü 20 km radiusda hiss olunub
Hərbi zavodda baş vermiş partlayışla bağlı video yayıldı
Zavoddakı partlayış zamanı hərbi qulluqçular arasında xəsarət alan olmayıb
Silah zavodunda baş vermiş partlayışda ölən yoxdur
Teqlər:
Əli Bayramlı, Şirvan "Araz" zavodu, Şirvan, partlayış, Müdafiə Sənayesi Nazirliyi, zavod

Əsas mövzular