08:54 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Şirvanda silah zavodunda partlayış (20)
6002

İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyası yaradılması haqda Sərəncam imzalayıb

BAKI, 26 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Sputnik president.az saytına istinadən xəbər verir ki, Sərəncamda deyilir:

"Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri

Yaqub Eyyubov — Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Yavər Camalov — Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Zakir Həsənov — Azərbaycan Respublikasının müdafiə naziri

Zakir Qaralov — Azərbaycan Respublikasının Baş prokuroru

Mədət Quliyev — Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Vilayət Eyvazov — Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini

Səlim Müslümov — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Faiq Tağı-zadə — Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Abbas Vəlibəyov — Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Mərdan Camalov — Şirvan şəhəri icra hakimiyyətinin başçısı

2. Dövlət Komissiyası:

— hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

— hadisə nəticəsində xəsarət alanların müalicəsini və onlara digər zəruri yardım göstərilməsini təmin etsin;

— görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Baş Prokurorluğu Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş hadisə ilə əlaqədar istintaq tədbirlərini həyata keçirsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Mövzu:
Şirvanda silah zavodunda partlayış (20)

Əlaqədar

Hərbi zavodun ərazisində kiçik partlayış səsləri eşidilir
Silah zavodunda baş vermiş partlayışda ölən yoxdur
Səhiyyə naziri Şirvan Mərkəzi Rayon Xəstəxanasındadır
Baş prokurorun müavini də partlayış baş verən bölgəyə gedib
Nazir partlayış ərazisinə yollandı
Partlayışla bağlı daha bir rəsmi açıqlama yayıldı
Daha bir türk əsgəri şəhid oldu
Teqlər:
Şirvan "Araz" zavodu, partlayış, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Prezidenti, İlham Əliyev

Əsas mövzular