Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

© Photo : STRN saylı hərbi hissənin əsgərləri. Arxiv şəkli
N saylı hərbi hissənin əsgərləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 25-dən 29-dək isə Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) birgə təlim keçmə imkanları üzrə konfrans keçiriləcək.

BAKI, 24 iyul — Sputnik. İyulun 24-dən 30-dək Əmman şəhərində (İordaniya Haşimilər Krallığı) NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində "məsləhətçi görüş", iyulun 25-dən 29-dək isə Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) birgə təlim keçmə imkanları üzrə konfrans keçiriləcək.

Bu barədə Sputnik Müdafiə nazirliyinə istinadən məlumat verir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Xəbər lenti
0