15:19 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Wonderland Azərbaycan 2016 adlı Beynəlxalq Skaut Düşərgəsi

Azərbaycanda beynəlxalq skaut düşərgəsi salınıb

© Sputnik / Ilham Mustafa
AZƏRBAYCAN
Qısa URL
17311

Wonderland adlı beynəlxalq skaut düşərgəsinə, Azərbaycanın bir çox bölgələrindən, həmçinin 9 xarici ölkədən iştirakçılar qatılıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Gəncə şəhərinin Hacıkənd qəsəbəsində, yaşları 6 — 17 arası olan 300-dən çox iştirakçının qatıldığı "Wonderland Azərbaycan 2016" adlı Beynəlxalq Skaut Düşərgəsi salınıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Skautlar Assosiasiyasının təşkil etdiyi düşərgədə, adları Azərbaycan dağlarının adını daşıyan 6 skaut komandası var.

İyulun 24-dək davam edəcək Wonderland adlı beynəlxalq skaut düşərgəsinə, Azərbaycanın bir çox bölgələrindən (Bakı, Biləsuvar, Şəki, Qax, Şəmkir, Gəncə, Göygöl) və həmçinin 9 xarici ölkədən (Türkiyə, Polşa, Gürcüstan, Ukrayna, Belarus, Misir, Seyşel, Bəhreyn, və Sloveniyadan) iştirakçılar qatılıb.

Bu skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənməklə yanaşı, pionerinq, atıcılıq, atçılıq, səmti müəyyən etmə, oxatma, Göygöl və Maralgölə yürüşlər, trekkinq, idman oyunları, ekstrimal gecələmə, maneələr zolağı, "Gəncə Macəraları" — Şəhər turu və digər maraqlı fəaliyyətlərlə məşğul olurlar.

  • Wonderland Azərbaycan 2016 adlı Beynəlxalq Skaut Düşərgəsi
    "Wonderland Azərbaycan 2016" adlı Beynəlxalq Skaut Düşərgəsi

1 / 10
© Sputnik / Ilham Mustafa
"Wonderland Azərbaycan 2016" adlı Beynəlxalq Skaut Düşərgəsi

Düşərgəyə qoşulmaq ödənişlidir və Azərbaycan Skautlar Assosiasiyasının üzvləri 25, edilən elandan sonra qoşulmaq istəyən qeyri-üzvlər isə 100 manat ödəməlidirlər. Bu ödənişlərə daxildir — düşərgə yerinə gediş və düşərgə yerindən gəliş haqları, gün ərzində yeməklər, köynəklər və düşərgənin proqramında nəzərdə tutulmuş turlar.

Qeyd edək ki, Skaut düşərgəsi ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell tərəfindən yaradılıb. Hazırda dünya ölkələrindən 35 milyon uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, "Hər gün bir xeyirxah iş görək" devizi altında fəaliyyət göstərir. Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olub.

Azərbaycan Skautlar Assosiasiyası (ASA) isə 1997-ci il 11 oktyabr tarixində təsis olunub və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilib. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir.

İlk Wonderland adlı beynəlxalq skaut düşərgəsi isə 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Şəkidə təşkil olunub və ənənəvi illik skaut düşərgəsinə çevirilib. Düşərgədə fəaliyyətlər yaş qruplarına uyğun olaraq əvvəlcədən planlaşdırılmış proqram üzrə həyata keçirilir.

Düşərgə iştirakçıları proqram üzrə günü səhər idmanı ilə başlayırlar. Daha sonra gün ərzində müxtəlif proqram modullarında iştirak edirlər. Bu proqram modullarında iştirakçılar müxtəlif həyati bilik və bacarıqları əldə etməklə yanaşı psixoloji, əyləncəli və intellektual oyun və yarışlarda iştirak edirlər. Bunun nəticəsində onlar liderlik, nizam-intizamlılıq, özünü ifadə və vətənpərvərlik kimi keyfiyyətləri də əldə etmiş olurlar.

Əlaqədar

ASAN Könüllülərinin "Həmrəylik Düşərgəsi" açıldı
TİKA az gəlirli qaçqın ailələrin uşaqları üçün yay düşərgəsi salıb
Qaçqın düşərgələrinin ləğv olunmasının başlanğıcı
Teqlər:
düşərgə, skaut, Beynəlxalq Skaut Düşərgəsi, "Wonderland Azərbaycan 2016", Hacıkənd qəsəbəsi, Gəncə

Əsas mövzular