10:00 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
53 0 0

Yavər Camalov: "Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan bir sıra müdafiə təyinatlı məmulatlar düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində bu məhsullar mühüm rol oynayıb"

BAKI, 20 iyul — Sputnik. "Azərbaycan Ordusu aprel ayında təmas xəttində əldə etdiyi uğurlarla — vaxtilə düşmən tərəfinin nəzarətinə keçmiş bir neçə yüksəkliyin geri qaytarılması ilə bunu bir daha sübut etdi".

Bunu müdafiə sənayesi naziri Yavər Camalov, nazirliyin müəssisələrində 2016-cı ilin birinci yarımilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclasnda deyib. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, nazir ordu quruculuğunda aparılan əsaslı islahatlardan və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlərdən danışıb.

"Bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Aprel döyüşlərində Müdafiə Sənayesi Nazirliyinin  müəssisələrində yaradılan və istehsal olunan bir sıra müdafiə təyinatlı məmulatdan geniş istifadə olunub, düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində bu məhsullar mühüm rol oynayıb", — Y. Camalov bildirib.

İclasda qeyd olunub ki, müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elm müəssisələrinin potensialından istifadə etməklə elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilib. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda (ETİ) cari ildə 15 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Eləcə də, Milli Aerokosmik Agentliyində (MAKA) Silahlı Qüvvələrin sifarişləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılıb.

O da vurğulayıb ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar cari ilin aprel ayında Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən "DSA-2016" XV Asiya müdafiə xidmətləri sərgisində uğurla nümayiş olunub.

Əlaqədar

Prezident: Aprel döyüşləri bir daha xalqımızın həmrəyliyini nümayiş etdirib
"2-5 aprel müharibəsi erməni xalqını yuxudan oyatdı"
Erməni tərəfinin aprelin 2-də törətdiyi təxribatla bağlı cinayət işi başlanıb
"Aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş ruhunun təsdiqi oldu"
Teqlər:
Yavər Camalov, Azərbaycan Ordusu, 2-5 aprel döyüşləri, təmas xətti, Müdafiə Sənayesi Nazirliyi

Əsas mövzular