20:30 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
AZƏRBAYCAN
Qısa URL
169 0 0

İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub

BAKI, 15 iyul — Sputnik. Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub.

Müdafiə Nazirliyi
© Sputnik / Stringer

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir! Müdafiə Nazirliyi bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

Cəbhəboyu zonada vəziyyətin həssaslığını nəzərə alaraq Müdafiə Nazirliyi bir daha yerli kütləvi informasiya vasitələrinin rəhbərlərinə müraciət edir! Anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edilir.

Əlaqədar

Şəhid ailəsinə veriləcək puldan imtina edən sığorta şirkəti
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Onun şəhid olacağını qızı bir həftə öncədən hiss edibmiş...
Bu evdə 271 şəhid yaşayır
Lerik daha bir şəhid oğlu ilə vidalaşdı
Cəbhədə atışma, əsgərimiz şəhid oldu
Teqlər:
münaqişə, şəhid, Ermənistan, Azərbaycan, cəbhə

Əsas mövzular