SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü olub

© Photo : Ukrayna prezidentinin rəsmi internet səhifəsiUkrayna prezidenti Pyotr Poroşenkonun rəsmi qarşılanma mərasimi. Bakı, 14 iyul 2016-cı il
Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi qarşılanma mərasimi. Bakı, 14 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub

BAKI, 14 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Pyotr Poroşenkonun təkbətək görüşü baş tutub. Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Ukrayna Prezidentinin Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub. Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0