SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukrayna Prezidenti Bakıya gəlir

© ria.ruPyotr Poroşenko
Pyotr Poroşenko - Sputnik Azərbaycan
Abunə olmaq
İki günlük səfər çərçivəsində Pyotr Poroşenko azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci iclasını keçirəcək

BAKI, 13 iyul — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko Bakıya yola düşüb. "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, Ukraynanın dövlət başçısı Azərbaycan paytaxtına günorta saatlarında çatacaq.

İki günlük səfər çərçivəsində P.Poroşenko azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci iclasını keçirəcək. Səfər zamanı müxtəlif sahələrdə Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.

Səfər proqramına, həmçinin Pyotr Poroşenkonun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də baş nazir Artur Rasi-zadə və Milli Məclisinin spikeri Oqtay Əsədovla fərdi görüşləri də daxildir.

Xəbər lenti
0