07:10 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
184520

Yağıntılı hava şəraitinin davam etməsi sel təhdidi yaradır. Ekspertlər isə təhlükənin nə dərəcədə real olması ilə bağlı fərqli fikirdədirlər.

BAKI, 12 iyul — Sputnik. Azərbaycanda iyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında sel hadisələri ola bilər. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Selin dağıdıcı təsir qüvvəsinin daşqının dağıdıcı təsir qüvvəsindən dəfələrlə çox olduğunu xatırladan E. Əlizadə qeyd edib ki, hazırda ölkənin çaylarında baş verənlər daşqın və qismən sel prosesləridir: "Yağıntılar davam edərsə, sel hadisələri iyul ayının ikinci yarısında, avqust və sentyabr aylarında ola bilər. Sel dağıdıcı prosesdir. Daha böyük sellərin olması üçün uzunmüddətli quraqlığın olması vacibdir".

"Bu da bizim ərazi üçün avqustun ikinci yarısı və sentyabr ayı üçün xarakterikdir. Hələlik baş verənlər isə sel xarakterli daşqınlardır", — direktor müavini qeyd edib.

Məsələ ilə əlaqədar Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda 8800-ə qədər çay var və onlardan ikisi böyük çaydır: "Kür və Araz çaylarından başqa qalanları xırda çaylardır, onların da əksəriyyəti quru çaylardır. Yağıntı vaxtı, dağlara qar düşən vaxtı qarlar əriyəndə o çaylar sulu olur və özü ilə dağıntılı daşqınlar gətirir".

Telman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri
© Sputnik / Murad Orujov
Telman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri

"Deməzdim ki, onların proqnozları realdır. Çünki, bu, ilk növbədə iqlimdən asılıdır", — ekoloq bildirib.

T. Zeynalovun sözlərinə görə, bu il Azərbaycanda, əsasən yaz aylarında dağlara həddindən artıq qar yağıb və təpələrdə indiyədək də qalıb, əriməyib: "Bu da o qədər də sel gətirə bilməz. Çünki, sel minimum 8-10 il arasında əmələ gəlir. Lakin, son dövrlərdə havaların istiləşməsi ilə əlaqədar dağlarda fiziki aşınma nəticəsində çoxlu daşıyıcı materiallar toplanıb dağın təpələrində. Ona görə də dağlarda yağan yağıntı o materialları gətirib sel yarada bilər. Amma düşünürəm ki, hələlik elə bir proses dağlarda yaranmayıb. Fiziki, kimyəvi aşıma nəticəsində materialların miqdarı o qədər də çox deyil ki, onlar dağıdıcı sel gətirsin".

"Əgər doğurdan da güclü yağış yağsa, ola bilər ki, bəzi yerlərdə, dağ çaylarında bir balaca daşqın əmələ gəlsin, sel deyil. Sel hər 8-10 ildən, son dövrlərdə 7 ildən bir əmələ gəlir", — ekspert bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə bildiriblər ki, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb: "Hazırda həmin çaylarda sabit sululuq müşahidə olunur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-70, Kiçik Qafqazın çaylarında 140-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-120 faizini təşkil edir".

Əlaqədar

Sel Gədəbəyə güclü ziyan vurub
İsmayıllıda 10-dan çox kəndi sel basıb, yollar dağılıb
Samux sakinini sel apardı
Lerik sel suları altında qalıb
Sel 150-dən artıq insanın həyatına son qoydu
Güclü sel 19 nəfərin həyatına son qoydu
Teqlər:
Elbrus Əlizadə, daşqın, təbii fəlakət, Telman Zeynalov, Azərbaycan, sel

Əsas mövzular