22:56 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
8 0 0

Səfər zamanı ICAO-nun Paris Bürosunda ikitərəfli görüşlər keçirilib və uçuşlarının təhlükəsizliyi məsələlərində ölkəmizin mülki aviasiyasına ICAO-nun texniki yardım proqramı razılaşdırılıb

BAKI, 11 iyul — Sputnik. Bu gün Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa Şimali Atlantika Bürosunun yaradılmasının 70 illiyi ilə bağlı təntənəli tədbirlər keçirilib. Bu barədə Sputnik-ə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bu əlamətdar gün münasibətilə keçirilən tədbirlərdə ICAO-nun Prezidenti Olumuiva Benard Aliu, təşkilatın Baş katibi Fan Lyu, Avropa dövlətlərinin mülki aviasiya qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların vəzifəli şəxsləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də təntənəli tədbirdə iştirak edib. Səfər zamanı nümayəndə heyəti, həmçinin ICAO-nun Paris Bürosunda ikitərəfli görüşlər keçirib və uçuşlarının təhlükəsizliyi məsələlərində ölkəmizin mülki aviasiyasına ICAO-nun texniki yardım proqramını razılaşdırıb.

Əlaqədar

Müdafiə naziri aviasiyanın yerləşdiyi aerodroma gedib
Təlimlərdə iştirak edən Türkiyə aviasiyasının növbəti qrupunun gəlişi
Hərbi aviasiyamız cəbhəboyu zona üzərində uçuşlar keçirir
Prezident aviasiya işçilərinə fəxri adlar verib
Teqlər:
Arif Məmmədov, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası, Avropa Şimali Atlantika Bürosu, ICAO, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Paris

Əsas mövzular