CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Politoloq: Lavrovun bu səfəri çox maraqlı coğrafiyanı nəzərdə tutur

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Türkiyənin Rusiya və İsraillə barışığı: davamı nə?" mövzusunda mətbuat konfransı keçirilib.

BAKI, 8 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun budəfəki səfəri çox maraqlı coğrafiyanı nəzərdə tutur. Keçən səfər Sergey Lavrov təkcə Yerevana getmişdi, oradan Moskvaya qayıtmışdı. İndi isə Bakıdan Astanaya gedəcək. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin bu mərhələsində Qazaxıstan da müəyyən rol oynayır. 

Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Türkiyənin Rusiya və İsraillə barışığı: davamı nə?" mövzusunda keçirilən mətbuat konfransında politoloq İlqar Vəlizadə deyib.

O, bildirib ki, Dağlıq Qarabağ problemi tənzimlənməsinin bu mərhələsində bir qədər daha geniş coğrafiya nəzərdə tutulur. Hətta, bundan Erməni tərəfi də narahatdır. Eyni zamanda, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında da Azərbaycanla yanaşı, Qazaxıstan da müsbət rol oynayır. Bu o deməkdir ki, hazırda regionda hətta Azərbaycan-Qazaxıstan tandemi yaradılır. 

Politoloq onu da deyib ki, həm Qazaxıstanın, həm də Azərbaycanın İsrail ilə münasibətləri çox yaxındır: "Hər iki ölkə İsrail üçün böyük rol oynayır. İsrail təxminən neftin 20 faizini Qazaxıstandan alır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, 30 il sonra bölgədə şərtlər dəyişib: "Azərbaycan bölgənin açar dövləti halına gəlib. Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Ermənistan cəmiyyətinə mesajımız var. Biz Ermənistana əməkdaşlıq təklif edirik. Bunun başlıca şərti işğalçılıq siyasətindən vaz keçmək, “müstəqillik” tələbindən əl çəkməkdir. Əks halda bölgədə yenidən qarşıdurma qaçılmaz olacaq". 

Xəbər lenti
0