CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda polis gücləndirilmiş iş rejimində çalışır

© Sputnik / Murad OrujovPolis əməkdaşları. Arxiv şəkli
Polis əməkdaşları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
BŞBPİ-nin rəis müavini: "Bakı Şəhər Baş Polis İdarəsinin bütün əməkdaşlarının hər biri öz postunda sayıqlığı artırıb"

Bakı, 29 iyun — Sputnik. "Gücləndirilmiş iş rejiminə keçmək barədə daxili işlər naziri Ramil Usubovun birbaşa göstərişi olmayıb, amma Bakı Şəhər Baş Polis İdarəsinin bütün əməkdaşlarının hər biri öz postunda sayıqlığı artırıb".

İstanbul terroru - Sputnik Azərbaycan
Terrorçuların tükürpədici planı ortaya çıxdı

Bunu Sputnik-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general-mayor Səhləb Bağırov deyib. Onun sözlərinə görə, BŞBPİ onsuz da gücləndirilmiş iş rejimində çalışır və belə təhlükəli vəziyyətlərdə nəzarəti avtomatik olaraq daha da gücləndirir.

"Bakı şəhəri ərazisində hər bir polis öz işini yaxşı bilir. Biz hər şeyə hazır olmalıyıq", — deyə S. Bağırov bildirib.

Öz növbəsində, DİN Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski Sputnik-ə açıqlamasında bildirib ki, polislər adi rejimdə çalışırlar: "Gücləndirilmiş iş rejimi barədə heç bir göstəriş olmayıb".

"Adi qaydada işləsək də, hər ehtimala qarşı sayıqlığı artırmışıq. Hər şey nəzarətimiz altındadır", — deyə Şəkinski bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. Son məlumatlara görə, baş vermiş terror aktı zamanı ölənlərin sayı 36 nəfərə çatıb. 147 nəfər də yaralanıb.

Xəbər lenti
0