00:27 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
21201

Azərbaycan maliyyə nazirinə yeni müavin təyin olunub

BAKI, 28 iyun — Sputnik. Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib. "APA-Economics"in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov Azərbaycan maliyyə nazirinin müavini təyin olunub. 

AzVision.az xəbər verir ki, Emin Hüseynov 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998-2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001-2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib.

E.Hüseynov 2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş Direktoru vəzifəsində çalışıb. Emin Hüseynov bundan əlavə ADA Universitetinin Strategiya və İnkişaf üzrə Prorektoru vəzifəsində çalışıb.

O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib.

Əlaqədar

Prezidentdən yeni təyinatlar
Cahangir Əsgərovdan yeni təyinatlar
Daxili İşlər Nazirliyində yeni təyinat
Türkiyənin Azərbaycana yeni səfiri təyin olunub
Azərbaycanın Avstraliyada fəxri konsulu təyin edilib
Keçmiş MSK üzvü icra başçısı təyin edildi
Teqlər:
Emin Zamin oğlu Hüseynov, müavin, təyinat, maliyyə naziri, Azərbaycan Prezidenti, İlham Əliyev

Əsas mövzular