15:45 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Hərbi-hava qüvvələrinin helikopterləri təlim zamanı

Azərbaycan Silahlı Qüvvələri operativ-taktiki təlimlər keçirəcək

© Photo: Ministry of Defense of Azerbaijan
AZƏRBAYCAN
Qısa URL
42 0 0

Təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri cəlb olunacaq.

BAKI, 17 iyun — Sputnik. Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçiriləcək. Bu barədə Sputnik Müdafiə nazirliyinin saytına istinadən məlumat verir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunacaq.

Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib.

Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir.

Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.

Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılacaq.

Təlimin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək.

Əlaqədar

Mühəndis-İstehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimi keçirilir
Müdafiə naziri "Efes-2016" beynəlxalq təlimlərini müşahidə edib
Teqlər:
döyüş atışları, zirehli döyüş maşını, tank, raket və artilleriya qurğusu, hərbi aviasiya, hava hücumundan müdafiə sistemləri, Xüsusi Təyinatlı Qüvvələrin bölmələri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi, operativ-taktiki təlimlər, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Zakir Həsənov, Xəzər dənizinin Azərbaycan sektoru, Naxçıvan Muxtar Respublikası

Əsas mövzular