04:03 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
5901

Gədəbəydə "Son zəng" tədbirində kütləvi dava olub.

BAKI, 15 iyun-Sputnik. Gədəbəydə "Son zəng" tədbirində insident olub.

Sputnik APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiye və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb.

Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və başqa bir nəfər saxlanılıb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər:
Son zəng, Çaldaş, kütləvi dava, Gədəbəy, insident, məktəb, polis

Əsas mövzular