Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Belarusda möhtəşəm Azərbaycan günü

© Sputnik / Murad OrujovMinsk-Bakı videokörpü
Minsk-Bakı videokörpü - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus Opera və Balet Teatrında SSRİ Xalq artisti Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin premyerası baş tutacaq

Belarusda möhtəşəm Azərbaycan günü
BAKI, 10 iyun — Sputnik. İyunun 9-da Belarusun Opera və Balet Teatrında "Eşq və ölüm" baletinin son məşqləri olub. Bunu Azərbaycanın Rusiyadakı səfiri, SSRİ Xalq artisti Polad Bülbüloğlu "Eşq və ölüm" baletinin premyerasına həsr olunmuş Minsk-Bakı videokörpüsündə deyib.
Minsk-Bakı videokörpüsü - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Mədəniyyət təcrid oluna bilməz"

Onun sözlərinə görə, teatrın rəhbərlik və işçiləri əsərin hazırlanmasına böyük diqqətlə yanaşıblar. Möhtəşəm dekorasiyalar qurulub, geyimlər, eləcə də əsas rolları ifa edən üç heyət ayrılıb.

Səfir qeyd edib ki, bir neçə il əvvəl həmin teatrda onun müəllimi, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əfsanəvi "Yeddi gözəl" baleti səhnələşdirilib: "Orada bu yaradıcı əməkdaşlığın davam etdirilməsi ideyası yarandı. Azərbaycan tərəfi mənim baletimi təklif etdi, və bir il sonra o, səhnələşdirildi. Mən fəxr edirəm ki, mənim baletim müəllimimin əsərindən sonra səhnəyə qoyulacaq".

Polad Bülbüloğlunun sözlərinə görə, münaqişələrin həllində, xalqlar arasında əlaqələrin dərinləşməsində mədəniyyətin rolu böyükdür: "Bəzən mədəniyyətin, dialoqun və bu kimi tədbirlərin rolunu tam dəyərləndirmirlər. Bu insanlar öz istedad və yaradıcılıqları ilə bütün insanları, mədəniyyətləri və xalqları birləşdirirlər. Heç bir təcrid olunmuş mədəniyyət inkişaf edə bilməz. O, mütləq digər mədəniyyətlərlə əlaqədə olub, öz yaxşı xüsusiyyətləri ilə bölüşməli, onda olmayanları isə digər mədəniyyətlərdən götürməlidir".

Tədbirdə çıxış edən musiqişünas və diplomat Nigar Axundova "Eşq və ölüm" baletini möhtəşəm hədiyyə adlandırıb: "Xatırlatmaq istəyirəm ki, 11 iyun tarixində Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulması günündən 23 il keçir. Mən inanıram ki, keçiriləcək premyera bu tarix üçün möhtəşəm bir hədiyyə olacaq", — deyə o bildirib.

Belarus haqda çox müsbət fikirlər bildirən tanınmış bəstəkar Fərhad Bədəlbəyli Polad Bülbüloğlunu "Eşq və ölüm" baletinin premyerası münasibətilə təbrik edib: "Sabah mənim üçün bayram olacaq, çünki dostumun əsərinin premyerası keçiriləcək. Bu, bütün MDB məkanında böyük bir bayram olacaq. Dostumu premyera münasibərilə təbrik edirəm. Azərbaycandakı və dünyadakı dostlarımı da bu bayrama dəvət edirəm. Minskə gəlin, bura çox gözəl şəhərdir".

Qeyd edək ki, Sputnik Mətbuat Mərkəzində keçirilən Minsk-Bakı videokörpüsündə 11 iyun 2016-cı il tarixində Minskdə keçiriləcək MDB ölkələrinin humanitar mükafatı olan "Birlik ulduzları"nın təqdim ediləcəyi tamaşanın premyerasından söhbət açılıb.

Xəbər lenti
0