CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan islamofobiyaya qarşı çox ciddi mübarizə aparır"

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: "Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Biz qardaşlıq, dostluq şəraitində yaşayırıq və nümayiş etdiririk ki, multikulturalizm dəyərləri yaşayır və yaşamalıdır"

BAKI, 8 iyun — Sputnik. Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır. Sputnik Trend-ə istinadən xəbər verir ki, bunu iyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edərkən deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinin güclənməsi üçün çox böyük səylər göstərir, ciddi addımlar atır: "Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır. Biz açıq şəkildə, ən yüksək səviyyələrdə bu məsələlərlə bağlı öz sözümüzü deyirik, islamofobiyanı pisləyirik və öz nümunəmizi təqdim edirik".

Azərbaycan Prezidenti əlavə edib ki, islamofobiya həm müsəlman ölkələri, xalqları üçün, həm də bu çirkin meyara rəvac verənlər üçün təhlükədir: "Bu, qarşıdurmanı daha da dərinləşdirir, qarşılıqlı inamsızlığı artırır. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Biz qardaşlıq, dostluq şəraitində yaşayırıq və nümayiş etdiririk ki, multikulturalizm dəyərləri yaşayır və yaşamalıdır".

Xəbər lenti
0