01:15 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada olub

Müdafiə naziri cəbhə bölgəsinə gedib

© Foto: mod.gov.az
AZƏRBAYCAN
Qısa URL
2701

Zakir Həsənov ərazidəki komanda məntəqəsində olub, çöl şəraitində yaradılmış düşərgədə təlim keçən şəxsi heyətlə görüşüb, onların peşəkarlıq və döyüş qabiliyyətlərinin artırılması ilə bağlı tapşırıqlar verib

BAKI, 8 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada olub. Sputnik Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hərbi qulluqçuların döyüş, eləcə də atəş və taktiki hazırlıqlarının yüksəldilməsi məqsədilə nəzərdə tutulan təlim poliqonuna gələn nazir ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi və digər praktiki məşqlərlə bağlı görülən işlərlə maraqlanıb.

Müdafiə naziri ərazidəki komanda məntəqəsində olub, çöl şəraitində yaradılmış düşərgədə təlim keçən şəxsi heyətlə görüşüb, onların peşəkarlıq və döyüş qabiliyyətlərinin artırılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib. Sonra nazirliyin rəhbərliyi hərbi şəhərcik ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib.

Ümumilikdə hər biri üç otaqdan ibarət 52 xidməti mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən təmirli otaqlar mebel və digər avadanlıqla təmin edilib. Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçular və onların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb. Hərbi qulluqçular və ailə üzvləri yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

1 / 19
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada olub

Elə həmin gün Müdafiə naziri cəbhəboyu zonada yeni istifadəyə verilən səhra hospitalının açılışını da həyata keçirib. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev görülən işlər barədə məruzə edərək bildirib ki, təxirəsalınmaz və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan səhra hospitalı ən müasir tibbi avadanlıqla tam təchiz olunub.

Hospitalın əməliyyat, reanimasiya, müayinə, intensiv terapiya, rentgen, laboratoriya otaqları və palataları ilə tanış olan nazir tibb personalı ilə görüşərək şəxsi heyətə daha keyfiyyətli tibbi xidmətin gostərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Əlaqədar

Müdafiə naziri "Efes-2016" beynəlxalq təlimlərini müşahidə edib
Müdafiə naziri cəbhəboyu zonada tikilən hərbi şəhərcikdə tikinti işlərini yoxlayıb
Müdafiə naziri cəbhə xəttində olub
Müdafiə naziri ön xətdə olub
Müdafiə naziri əmr verdi: "Xankəndini vuracağıq"
Teqlər:
müdafiə naziri, Zakir Həsənov, Ali Baş Komandan, İlham Əliyev, cəbhə bölgəsi

Əsas mövzular