15:35 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Dünya Azərbaycanlılarının IV Qurultayı

Dünya azərbaycanlıları Bakıda bir araya gəliblər

© Official website of President of Azerbaijan Republic
AZƏRBAYCAN
Qısa URL
65 0 0

Dünya Azərbaycanlıları Konqresinin IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir. Qurultay öz işini iyunun 4-də yekunlaşdıracaq.

BAKI, 3 iyun — Sputnik. Bu gün Bakıda baş tutan Dünya Azərbaycanlılarının IV Qurultayı müstəqil dövlətimizin tarixində yadda qalan hadisədir. Bu barədə Sputnikə Diaspora ilə iş üzdə Dövlət Komitəsindən bildiriblər.

Komitədən verilən məlumata görə, qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. 

Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edir.

Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində müxtəlif dövlət və hakimiyyət strukturları,siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edir
© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Xaricdən dəvət edilən qonaqlarla yanaşı, Qurultayın işində müxtəlif dövlət və hakimiyyət strukturları,siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edir

Komitədən bildiriblər ki, rəsmi açılış mərasimindən sonra qurultay öz işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər.

Rəsmi açılış mərasimindən sonra qurultay öz işini panel iclaslarla davam etdirəcək
© Photo : AZƏRBAYCAN PREZİDENTİNİN RƏSMİ İNTERNET SƏHİFƏSİ
Rəsmi açılış mərasimindən sonra qurultay öz işini panel iclaslarla davam etdirəcək

Dünya Azərbaycanlılarının IV Qurultayında priotitet məsələlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, eləcə də digər məsələlər olacaq.

Tədbir çərçivəsində Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü də planlaşdırılır. Görüşdə xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı müvafiq dövlət strukturlarının üzərinə düşən vəzifələr müzakirə ediləcək.

Qurultay öz işini iyunun 4-də yekunlaşdıracaq.

Əlaqədar

Rusiyadakı azərbaycanlıların biznesinə zərbə vuracaq qərar
Gürcüstan azərbaycanlılarından Prezidentə müraciət: "Qətiyyətli addım atmasanız..."
Azərbaycanlıların böyük əksəriyyəti Qarabağda sülhməramlıları görmək istəmir
Amerika azərbaycanlılarından Obamaya məktub: "Bu, böyük təhdiddir"
"Azərbaycanlılar böyük ekoloji fəlakətlə qarşı-qarşıyadırlar"
Sputnik dünya azərbaycanlılarını bayram münasibətilə təbrik edir
9 ayda azərbaycanlılar 148 ölkə ilə alver ediblər
Teqlər:
nümayəndə, dünya azərbaycanlıları, Dünya Azərbaycanlılarının IV Qurultayı, qurultay, Bakı

Əsas mövzular