03:08 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
673630

1945-ci il yanvarın 24-ü. Sahildəki evlərdən birində baş serjant Məmmədov döyüş meydanında xilas etdiyi əsgər və zabitləri yerləşdirdikdən sonra faşistlər həmin yeri gülləbəran edirlər. Məmmədəli faşistlərin 40 əsgər və zabitini məhv edir.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Böyük Vətən Müharibəsinin bəşəriyyətə vurduğu yaralar hələ də sağalmayıb, yaddaşlardan silinməyib. İllər keçsə də, bu ölüm-dirim müharibəsi unudulmayacaq.

Fəzail Əhmədov
© Sputnik / Ayaz Yashilyarpaq

Keçmiş SSRİ-nin elə bir ucqar məkanı olmayıb ki, bu vahiməli və dəhşətli müharibə həmin yerlərə aclıq, səfalət, müsibət, ölüm və göz yaşları gətirməsin. O dövrdə Vətən anlayışı milliyyətindən, dilindən, yaşadığı yerindən asılı olmayaraq hər bir insan üçün əziz və müqəddəs idi. Bir sözlə, İkinci Dünya Müharibəsi tarixdə xüsusi iz buraxıb.

Məmmədəli Məmmədov
© Sputnik / Shahperi Abbasova
1940-cı il oktyabr ayının 10-da əsgəri xidmətə çağrılmış M.Məmmədov, 1235-ci atıcı alayında sanitar təlimatçı kimi fəaliyyət göstərib

Bu qələbədə Azərbaycan neftinin və azərbaycanlıların rolu danılmazdır. Azərbaycandan Böyük Vətən Müharibəsində iştirak edən on minlərlə döyüşçü faşistlərlə vuruşlarda rəşadət və qəhrəmanlıq nümunələri göstərdiklərinə görə SSRİ-nin yüksək adları, rütbələri, orden və medalları ilə təltif ediliblər.

Bunlardan biri də Sovet İttifaqı Qəhrəmanı Məmmədəli Cəbrayıl oğlu Məmmədovdur. O, 1920-ci ildə Qax rayonun Baydarlı kəndində anadan olub. Uşaqlığını, ilk gənclik illərini də elə bu kənddə keçirmişdi. Şəki Pedeqoji Texnikumunu bitirdikdən sonra bir müddət müəllim işləmişdi.

Məmmədəli Məmmədov
© Sputnik / Shahperi Abbasova
Yaralı döyüşçüləri xilas etməkdə xüsusi mərdlik və cəsurluq göstərmiş Məmmədəli 1943-cü il oktyabrın 24-də "İgidliyə görə" medalı ilə təltif olundu

1940-cı il oktyabr ayının 10-da Sovet Ordusu sıralarına əsgəri xidmətə çağrılmış M.Məmmədov, 1235-ci atıcı alayında sanitar təlimatçı kimi fəaliyyət göstərir. O, yaralı döyüşçüləri xilas etməkdə xüsusi mərdlik və cəsurluq göstərmişdi. Buna görə də Məmmədəli 1943-cü il oktyabrın 24-də "İgidliyə görə" medalı ilə təltif olundu.

İrəlidə Oder çayı dururdu. Əmr edilmişdi ki, nəyin bahasına olursa olsun, bu çay keçilməli, Sovet qoşunları üçün yol açılmalıdır. Məmmədəli bu döyüşdə öz əsgəri borcunu yerinə yetirdi. Qorxu bilmədən, başına yağan güllələrdən Sovet döyüşçüsünü və zabitini xilas etdi.

O, bu döyüşlərdə təkcə sanitar təlimatçısı kimi fəaliyyət göstərmişdi. 1945-ci ilin yanvar ayının 24-də Oder çayı sahillərindəki evlərdən birində baş serjant M.Məmmədov döyüş meydanında xilas etdiyi əsgər və zabitləri yerləşdirdikdən sonra faşistlər həmin yeri gülləbəran edirlər. Məmmədəli sərrast atəşləri ilə faşistlərin 40 əsgər və zabitini məhv edir.

Məmmədəli Məmmədov
© Sputnik / Shahperi Abbasova
Məmmədəli Məmmədovun ata yurdu

Qəhrəmanın qardaşı oğlu Maarif Bayramov bu haqda Sputnik-ə danışır: "Əmimin döyüş yoldaşı Sədrəddin Kərimov kəndə, nənəmin yanına gəlmişdi. O deyirdi ki, "həmin döyüşdə biz yaralanmışdıq". Əmim həmin döyüşdə tək vuruşub, sonda özü də döyüşdə qəhrəmancasına həlak olur".

M.C.Məmmədov SSRİ Ali Soveti Rəyasət Heyyətinin 10 aprel 1945-ci il tarixli qərarına əsasən, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Qəhrəmanın məzarı Oder çayı yanındakı qəbirstanlıqda yerləşir.

Maarif Bayramov deyir: "Təəssüf ki, əmimdən yadigar heç nə qalmayıb. Bu balaca daxmadan başqa. Bacardığım qədər əmimin doğulub, boya- başa çatdığı bu həyəti, bu daxmanı qoruyub saxlamağa çalışıram. Əmimin heykəli əvvəlcə rayonun mərkəzində idi. Və bu, bizə qürür verirdi. Təəssüf ki, həmin heykəlin yeri dəyişdirildi".

Əlaqədar

Moskvadakı Qızıl Meydanda Qələbə paradı keçirilib
İlham Əliyev Qələbə Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
Vladimir Putindən sabiq sovet xalqlarına önəmli mesaj
Azərbaycanın İkinci dünya müharibəsində faşizm üzərində qələbədə rolu
Müharibə veteranı faşistlərin Lvov və Bresti necə bombaladıqlarını xatırlayır
Teqlər:
Məmmədəli Məmmədov, veteran, Böyük Vətən Müharibəsi, Qax, İkinci Dünya Müharibəsi

Əsas mövzular