00:31 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8748
PAŞA Bankla Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb

Formula 1 yarışının keçiriləcəyi ərazilərdə yeni bankomatlar quraşdırılacaq

© Sputnik / Tarana Xudabaxshiyeva
AZƏRBAYCAN
Qısa URL
2901

"PAŞA Bank"la Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında memorandum imzalanıb. Tərəflər göstərdikləri işgüzar xidmətin daha geniş kütləyə təqdim olunması istiqamətində qarşılıqlı fəaliyyətə dair öhtəlik götürüblər.

BAKI, 6 may — Sputnik. Azərbaycanın ən iri banklarından olan "PAŞA Bank"la Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü Aydın Atakişiyev və BŞH-nın Kommersiya şöbəsinin rəhbəri Bülent Özdəmir imzalayıb.

Öncə "PAŞA Bank"ın nümayəndəsi imzalanacaq memorandum haqqında öz fikirlərini bildirib: "Bu gün biz böyük əməkdaşlığın başlanmasını qeyd edirik. Formula 1 kimi möhtəşəm tədbirlər Azərbaycanın dünyada tanınmasına kömək edir. Formula 1 kimi tədbirin arxasında böyük əmək və böyük əməkdaşlıq durur. Biz də məmuniyyətlə dəstək olmağa hazırıq".

Aydın Atakişiyev bildirib ki, memoranduma əsasən tədbirin keçirilməsinə maliyyə dəstəyi verəcək, həmçinin yarış iştirakçılarına bank xidmətləri göstərəcəklər: "Yarış zamanı 5 bankomatın yarışın keçiriləcəyi ətrafda quraşdırılması da nəzərdə tutulur".

Bülent Özdəmir də "PAŞA Bank"la bağlanan memorandumundan məmnunluğunu dilə gətirib. Onun sözlərinə görə, Formula 1 dünyanın ən çox izlənən izləyicisi olan idman növüdür.

"Dünyada Formula 1-in 400 milyon izləyicisi var. Bu qədər insanın izlədiyi yarışın Bakıda keçirilməsi birbaşa olaraq Bakıya diqqətin olması deməkdir. Bununla da Formula 1 yarışı turizmin inkişafına gətirib çıxaracaq. Məhz bu yolda "PAŞA Bank"la birlikdə işləmək bizim üçün əhəmiyyətlidir", — Ödəmir vurğulayıb.

Çıxışlardan sonra hər iki tərəf memoranduma imza atıb. Qeyd edək ki, memorandumun şərtlərinə əsasən tərəflər üzərlərinə göstərdikləri işgüzar xidmətin daha geniş kütləyə təqdim olunması istiqamətində qarşılıqlı fəaliyyətə dair öhtəlik götürüblər.

Əlaqədar

"Formula 1" Avropa Qran Prisi rəqəmlərdə
Formula 1 qalib jurnalistləri mükafatlandırdı
Formula 1 üzrə Avropa Qran Prisi üçün yeni bilet satışı məntəqələri açılıb
Formula 1 Azərbaycanda maliyyə bazarına necə təsir göstərəcək?
Formula-1-in faydası barədə fikirlər haçalandı
"Formula 1-ə qərar veriləndə devalvasiya olacağı ağıla gəlmirdi"
Nazir: Formula 1-in bilet satışından 3-4 milyon gəlir əldə edəcəyik
Teqlər:
memorandum, Bülent Özdəmir, Aydın Atakişiyev, "PAŞA Bank", Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Formula 1

Əsas mövzular