17:25 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Məhkəmə çəkici

Polis rəisini bıçaqlayanlara hökm oxunub

CC0 / qimono / hammer
AZƏRBAYCAN
Qısa URL
43 0 0

Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyeva qarşı cinayət törədən şəxslərin məhkəmə prosesi başa çatıb.

BAKI, 2 may — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyeva qarşı cinayət törədən şəxslər Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ələkbər Qəhrəmanov 9 il, Ceyhun Nifətliyev 6 il 6 ay, Anar Əliyev və Nurlan Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis rəisi Anar Şıxaliyev məhkəmə istintaqı dövründə verdiyi ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxsləri tanımır: “Dostum Ələddinin “Mercedes Galenvagen” markalı avtomobili məndə idi. Ayna Sultanova heykəli olan tərəfə gedirdim. Getdiyim yerdə bir “Niva”, bir də “Opel” markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar, bir nəfər məni bıçaqla 3 dəfə vurdu. Sonra hadisə yerindən qaçdılar”.

O, heç bir şikayətinin olmadığını deyib. 

Əsas mövzular