QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni gülləsi Naxçıvana çatmır

© AZƏRTAC Rauf AliyevNaxçıvan Muxtar Respublikasında keçirilən hərbi təlimlər. Arxiv şəkli
Naxçıvan Muxtar Respublikasında keçirilən hərbi təlimlər. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səməd Canbaxşiyev: "Muxtar Respublikanın mövqeləri dağların üstündə, çox yüksəkliklərdə olduğundan, ermənilərin atdıqları mərmilar təhlükə yaratmır. Sadəcə, Sədərək istiqaməti düz olduğundan, diqqət daha çox ora yönəldilir"

BAKI, 7 aprel — Sputnik. "Ermənistan silahlı qüvvələri Şahbuz, Babək rayonu və Ordubad istiqamətində atəşkəsi pozublar. Azərbaycan tərəfinin cavab atəşi nəticəsində düşmən susdurulub. Naxçıvan bunu adi qarşılayıb. Çünki ermənilərin Naxçıvan istiqamətində atəşkəsi pozması ilk dəfə deyil". Bu sözləri Sputnik-ə Naxçıvanda yaşayan jurnalist Səməd Canbaxşiyev deyib.

O bildirib ki, Naxçıvanın mövqeləri dağların üstündə, çox yüksəklikdə olduğundan, ermənilərin atdıqları mərmilər təhlükə yaratmır: "Sadəcə, Sədərək istiqaməti düz olduğundan, diqqət daha çox ora yönəldilir. Qalan bütün Naxçıvan postları erməni mövqelərindən yuxarıda olduqlarına görə, problem olmur".

Son günlər cəbhədə baş verən gərginliyin fonunda Naxçıvan əhalisinin əhval-ruhiyyəsinin necə olduğuna aydınlıq gətirən Canbaxşiyev deyib: "Azərbaycanın digər yerlərində əhalinin əhval-ruhiyyəsi necədirsə, burada da elədir. Şəhid mayor Rasim Əliyevi təntənə ilə dəfn etdik. Onun dəfninə minlərlə adam gəlmişdi. Onu şüarlarla, alqışlarla son mənzilə yola saldıq".

Jurnalistin dediyinə görə, Naxçıvanda yekdil mövqe var ki, əgər əmr olsa, hamı bir nəfər kimi gedib işğal altında olan torpaqlarımız uğrunda vuruşacaq. Blokada şəraitində olmağına baxmayaraq, Naxçıvanda iqtisadiyyatın və ordunun güclü olduğunu vurğulayan jurnalist, "Ordumuz müasir və yaxşı silahlarla təchiz olunub. Naxçıvandakı hərbi kontingent də yüksək hazırlıqlıdır. Azərbaycanın digər ərazilərində müdafiə sistemi necə qurulubsa, burada da elədir" — deyib. 

Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda bildirir ki, aprelin 5-i saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra, Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Atəşkəsin pozulması - Sputnik Azərbaycan
Cəbhədə silahlar susmur

Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.

Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Xəbər lenti
0