18:16 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
Cəbhə xəttində gərginliyin artması (49)
5401

Türkiyənin Baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib.

BAKI, 3 aprel-Sputnik. Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik president.az-a istinadla xəbər verir ki, Türkiyənin Baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.

Mövzu:
Cəbhə xəttində gərginliyin artması (49)

Əlaqədar

Rəcəb Tayyib Ərdoğan: Türkiyə sonadək Azərbaycana əlindən gələn yardımı edəcək
İlham Əliyev Türkiyəyə təşəkkür etdi
Azərbaycan və Türkiyənin hərbi rəhbərliyi cəbhədəki vəziyyəti müzakirə edib
Teqlər:
Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti, İlham Əliyev, Türkiyə, Əhməd Davudoğlu

Əsas mövzular