04:11 26 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
AZƏRBAYCAN
Qısa URL
Cəbhə xəttində gərginliyin artması (49)
9821

Türkiyə və Azərbaycanın müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər.

BAKI, 2 aprel-Sputnik. Türkiyə və Azərbaycanın müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, həmçinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefonla müzakirə edib.

Danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulayıb, Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib.

Mövzu:
Cəbhə xəttində gərginliyin artması (49)

Əsas mövzular