12:36 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
9501

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

BAKI, 1 aprel-Sputnik. Vəkil Müzəffər Baxışov Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvlüyündən xaric edilib.

Sputnik-in məlumatına görə, bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Onunla bağlı Ali Məhkəmənin hakimi Tatyana Qoldman Kollegiyaya şikayət edib. Bu gün VK-da vəkillə bağlı inzibati icraata baxılıb və müvafiq qərar qəbul edilib.

Qərara əsasən, VK iş üzrə müvafiq qaydada məhkəməyə müraciət edəcək.

Baxışov 16 saylı Hüquq Məsləhətxanasında çalışıb. O, hakimiyyətə qarşı müxalif mövqedə dayanan vəkillərdən biri olub. Bir sıra KİV-də hakimiyyəti, məmurları, eləcə də baş prokuroru, məhkəmə hakimlərini ciddi tənqid etməsi ilə yadda qalıb.

Əlaqədar

Tanınmış vəkil İnterpol xətti ilə axtarışa verilib
Xalid Bağırov Vəkillər Kollegiyasından xaric edilib
Teqlər:
16 saylı Hüquq Məsləhətxanası, Ali Məhkəmənin hakimi Tatyana Qoldman, Ali Məhkəmə, Vəkil Müzəffər Baxışov, Azərbaycan Respublikası Vəkillər Kollegiyası

Əsas mövzular