11:06 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
AZƏRBAYCAN
Qısa URL
216421

MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın verdiyi məlumata görə, bu addım Bakı Nəqliyyat Agentlyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq atılıb.

BAKI, 24 mar — Sputnik. "BakuBus" MMC 3 nömrəli marşrut xəttinin istiqamətində dəyişiklik edib.

MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın verdiyi məlumata görə, bu addım Bakı Nəqliyyat Agentlyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq atılıb.

"Martın 25-dən etibarən "BakuBus"a məxsus 3 nömrəli marşrut xəttinin son dayanacağı metronun "Azadlıq prospekti" stansiyasının önü deyil, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə metronun "Dərnəgül" stansiyasının önü olacaq. Hərəkət istiqamətinin dəyişdirilməsi səbəbindən 3 nömrəli marşrut xətti Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək", — deyə o qeyd edib.

Əsas mövzular