Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İmişlidə keçirilən Novruz şənliyində insident baş verib

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidAt
At - Sputnik Azərbaycan
Abunə olmaq
Meydanda dövrə vuran at bir qadına təpiklə xəsarət yetirib.

Ayaz YAŞILYARPAQ, Sputnik

Martın 19-da İmişli şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən Novruz şənliyində xoşagəlməz hadisə baş verib. Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tonqala od vurduqdan sonra tədbirin proqramına uyğun olaraq meydana çaparlar daxil olub. Onlar şənliyə gələn adamların ətrafında dövrə vurublar. Bu zaman atlardan biri yaxınlıqda olan qadına təpiklə zərbə endirib. Vəziyyəti pisləşdiyindən parka “Təcili yardım” çağrılıb və onu xəstəxanaya çatdırıblar.

İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Stansiyasından Sputnik-ə bildirildi ki, xəsarət alan şəxs İmişli şəhər sakini, 1958-ci il təvəllüdlü İsmayılova Xanımzər Şükür qızıdır: “O, ilkin olaraq “sol yanağın əziyi” diaqnozu ilə xəstəxanaya çatdırılıb, hərtərəfli müayinə üçün qəbul şöbəsinə göndərilib.”

Xəbər lenti
0