01:14 26 Fevral 2018
Canlı yayım
AZƏRBAYCAN

Bərdədə avtomobil 60 yaşlı qadını vurub öldürüb

AZƏRBAYCAN
Qısa URL
401

Hadisə şəhərin Zöhrabbəyov küçəsində baş verib. Kənd sakini 1955-ci il təvəllüdlü Sona Hüseyinova aldığı zərbənin təsirindən hadisə yerində keçinib.

BAKI, 15 mart — Sputnik. Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Zöhrabbəyov küçəsində baş verib. Kənd sakini 1955-ci il təvəllüdlü Sona Hüseyinova aldığı zərbənin təsirindən hadisə yerində keçinib.

Ailəsindən verilən məlumata əsasən, S.Hüseyinova qonşuluqda yeni yası düşmüş ailəyə bayramlaşmağa gedirmiş. Qapılarından yenicə aralaşan 60 yaşlı S.Hüseyinovanı naməlum avtomobil vuraraq qaçıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb,  araşdırma aparılır.

Əsas mövzular