06:42 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
3702

Hikmət Hacıyev: Dağlıq Qarabağda çap olunan pulların numizmatika kolleksiyalarına daxil edilməsinə qarşı addımlar atılır.

BAKI, 2 mart-Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi ilk dəfə "İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər" adlı hesabat hazırlayıb.

Sputnik-in məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, hesabatda əks olunmuş məlumatlar daha çox açıq erməni mənbələrindən toplanıb və bu məqsədlə 500-dən çox mənbədən istifadə edilib.

Yeddi hissədən ibarət olan hesabatın girişində onun hazırlanmasında istifadə olunan metodologiya haqqında məlumat verilib. İcmal hissəsində hesabatın gəldiyi nəticələr təqdim olunur. Daha sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, Ermənistanın gəlir əldə etmək məqsədilə işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər göstərməsi, işğalının davamı və bu ərazilərdə qeyri-qanuni fəaliyyətlərlə bağlı Ermənistanın öhdəliyi və məsuliyyəti, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və ilhaqı cəhdlərinin dərhal dayandırılması üzrə təxirəsalınmaz tədbirlər kimi bölmələr yer alıb.

XİN yetkilisi deyib ki, dəlillər Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınmasının həyata keçirildiyini göstərir. Bundan başqa, Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, mineralların və digər sərvətlərin beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır.

H.Hacıyev həmçinin deyib: "Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim üçün pul və sikkələrin çapı Xarici İşlər Nazirliyinin diqqətində olan məsələdir. Bu məsələ hesabatın Dağlıq Qarabağda qanunsuz maliyyə və fiskal fəaliyyətlərlə bağlı bölməsində qeyd olunub. Bu pulların numizmatika kolleksiyalarına daxil edilməsinə qarşı addımlar atılır".

Əlaqədar

Azərbaycan XİN Suriya böhranı ilə bağlı mövqeyini açıqladı
XİN: Səylər Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına yönəlməlidir
XİN Tofiq Zülfüqarovun ittihamlarına cavab verdi
XİN: Rusiya tərəflərə vasitəçi kimi yardım etməkdə böyük rol oynayıb
XİN: Sergey Lavrovun təklifləri danışıqlara yaxşı təkan verə bilər
Teqlər:
Hesabat, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər Nazirliyi, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan

Əsas mövzular