Azərbaycan ordusunda tank heyətlərinin yarışı keçirilir

© Photo : mod.gov.azBirliklərdə tank heyətlərinin yarışları keçirilir
Birliklərdə tank heyətlərinin yarışları keçirilir - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 20 fev — Sputnik. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən tank hərbi hissə və bölmələrində "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yarışlarda tank heyətləri maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tank əleyhinə xəndəyi və eskarpı dəf etməklə, çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edir.

Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edəcək və ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik sürücülər seçiləcək.

Xəbər lenti
0